Türkiyədəki zəlzələdə xəsarət alanların sayı 68-ə yüksəlib

Dünya

23.11.2022 - 15:34

“28 yaşlı Əfqanıstan vətəndaşı zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirib”

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. AYNA türk mediasına istinadən bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Nazir yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib: “28 yaşlı Əfqanıstan vətəndaşı zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirib. Hazırda süni nəfəs aparatına qoşulub, vəziyyəti ağırdır”.

Koca qeyd edib ki, son məlumatlara əsasən, 68 yaralı var ki, bunlardan 26-sı xəstəxanada müalicə olunur.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Müəllif: Ayna.az