Hadisə Afyonkarahisar-Konya avtomobil yolunda baş verib
Konya şəhərində avtobus və yük maşını yolun kənarında dayanmış TIR-a çırpılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 33 nəfər yaralanıb.
AYNA xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Hadisə Afyonkarahisar-Konya avtomobil yolunda baş verib.
Qəza yerinə çoxlu sayda polis bölmələri, jandarma, 112 təcili yardım və xilasetmə briqadaları yönləndirilib.