Türkiyədə zəlzələdən sağ çıxan uşaqlardan 503-nün şəxsiyyəti müəyyən edilib

Dünya

13.02.2023 - 00:33

cedabet dərman SEO Xidməti

Bu uşaqlardan 76-sı ailələrinə təhvil verilib

Dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti məlumdur. AYNA xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay deyib.

 

Onun sözlərinə görə, qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş gedir.

"Bu uşaqlardan 76-sı ailələrinə təhvil verilib. Xəstəxanada 380 uşağın müalicəsi davam edir. Sığınacaqlarda isə hazırda 118 uşaq var. Mən bir daha qeyd edim ki, dövlət olaraq, valideynlərini və yaxınlarını itirən bütün uşaqların hər zaman yanında olacağıq",- deyə dövlət rəsmisi əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş