Dağıntılar yeddi vilayətdə qeydə alınıb
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Malatya bölgəsində zəlzələ nəticəsində 140 bina dağılıb, azı 23 nəfər ölüb, 420 nəfər isə xəsarət alıb.
Bundan başqa, Şanlıurfada 18 bina dağılıb, 17 nəfər həlak olub. Osmaniyedə isə 34 bina yerlə yeksan olub, beş nəfər həyatını itirib.
İlkin məlumatlara görə, Diyarbəkirdə isə altı nəfər həlak olub.
Dağıntılar yeddi vilayətdə qeydə alınıb.