Qəzada yaralanan 23 nəfər xəstəxanaya çatdırılıb
Türkiyənin Karadeniz vilayətində qarlı hava səbəbindən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AYNA yerli KİV-lərə istinadən xəbər verir ki, Rizedən Konyaya gedən sərnişin avtobusu Tokat-Turhal avtomobil yolunun Söngüt yaşayış məntəqəsi yaxınlığında aşıb.
Nəticədə 23 nəfər yaralanıb. Onlar hadisə yerinə cəlb edilmiş təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara aparılıb.
Qeyd edilir ki, qəzaya güclü qar və yolların buz bağlaması səbəb olub. Sürücü əlverişsiz hava şəraitində idarəetməni itirib.