Türkiyə qaz idxalından asılılığını azaltmaq niyyətindədir

Dünya

28.11.2022 - 12:52

Nazir: “Türkiyənin yanacaq idxalından asılılığının səviyyəsi daha da azala bilər”

“Türkiyənin Qara dənizin dibində yeni yataqları işlətmək niyyəti ölkənin qaz idxalından asılılığının 30 faiz azalmasına səbəb ola bilər”. AYNA xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

Nazirin sözlərinə görə, Qara dəniz qazının hasilatına başlandıqdan sonra ümumi istehlakın 30 faizi təmin ediləcək.

Dönməz vurğulayıb ki, eyni zamanda, Qara dənizin dibində yeni yataqlar aşkar olunarsa, Türkiyənin yanacaq idxalından asılılığının səviyyəsi daha da azala bilər.

Müəllif: Ayna.az