Türkiyə Qara dənizdə yeni təbii qaz ehtiyatı tapıb

Dünya

26.12.2022 - 23:40

cedabet dərman SEO Xidməti

Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kubmetrə yüksəlib

Türkiyənin kəşfiyyat-qazma gəmisi “Fatih” Qara dənizdə yerləşən "Çaycuma-1" yatağında dənizin 3 min metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edilib.

AYNA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.

 

O qeyd edib ki, Türkiyənin Qara dənizdəki qaz ehtiyatları 710 milyard kubmetrə yüksəlib.

Ərdoğan, həmçinin əlavə edib ki, ölkəsi Xəzər dənizi, Mərkəzi Asiya və Aralıq dənizi bölgələri üçün enerji mərkəzinə çevirilməkdə qərarlıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş