Türkiyə PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıb
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terrorçularına qarşı başlatdığı “Pəncə-Kilid” əməliyyatında 19 yaraqlı zərərsizləşdirilib.
AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Əməliyyat zamanı 4 qəhrəman yoldaşımız yaralanıb. Bütün lazımi tibbi yardım göstərilir. Terrorçular qaçmağa yerlərinin olmadığını, sonun yaxın olduğunu anlamalı və ədalətə təslim olmalıdırlar”, - məlumatda vurğulanıb.