Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb

Dünya

03.05.2023 - 13:52

cedabet dərman SEO Xidməti

Ermənistanın təxribatları dayanmasa, Ankara digər tədbirlərə də əl atacaq

Türkiyə hava məkanını Ermənistan təyyarələri üçün bağlayıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz hava məkanını Ermənistanın üçüncü ölkələrə uçan təyyarələri üçün bağlamışıq. Təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq. Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik”, - deyə nazir bildirib.

Çavuşoğlu vurğulayıb ki, Ermənistanın təxribatları dayanmasa, Ankara digər tədbirlərə də əl atacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş