Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edəcək

Dünya

15.03.2023 - 15:36

Ankaranın prezident seçkilərinə qədər Finlandiyanın müraciətini təsdiqləmək niyyətindədir

Türkiyə mayın 14-də keçiriləcək prezident seçkiləri öncəsi Finlandiyanın İsveçdən ayrı olaraq NATO-ya üzvlük üçün müraciətini təsdiqləmək niyyətindədir. AYNA xəbər verir ki, bu barədə “Reuters” mənbələrinə istinadən məlumat yayıb.

Türkiyə rəsmiləri agentliyə bildiriblər ki, Ankara mayın 14-də keçiriləcək seçkilər öncəsi İsveçdən ayrı olaraq Finlandiyanın NATO-ya üzvlük müraciətini təsdiqləməyi planlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Şimali Atlantika Alyansına üzv ölkələr İsveç və Finlandiyanın üzv olması haqqında protokollar imzaladılar. NATO-ya üzv olan bütün ölkələr üzvlük protokollarını ratifikasiya etdikdən sonra bu dövlətlər NATO-nun bir hissəsi olacaq. Hazırda yalnız Macarıstan və Türkiyə Finlandiya və İsveçin Alyansa üzvlüyünü ratifikasiya etməyiblər.

Müəllif: Ayna.az