Tramp: “Ukrayna münaqişəsini 24 saat ərzində həll edə bilərəm”

Dünya

28.03.2023 - 11:53

ABŞ-ın keçmiş Prezidenti Ukrayna il yarım ərzində məhv ola biləcəyini proqnozlaşdırıb

“Münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv ola bilər”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp deyib.

Siyasətçi proqnoz verib ki, ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər Ukraynada böhran həll olunmaya bilər.

Onun fikrincə, Amerika lideri Co Bayden administrasiyasının siyasəti üçüncü dünya müharibəsini başlada bilər.

Tramp Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin iştirakı ilə münaqişəni 24 saat ərzində həll edə biləcəyini vurğulayıb: “Bu, çox sadə danışıqlarla olar, lakin mən bunun mahiyyətini açıqlamayacağam. Çünki mən bu danışıqlardan istifadə edə bilməyəcəm, ona görə də nəticə verməyəcək”.

Müəllif: Ayna.az