Tramp Polşa Prezidenti ilə görüşüb

Dünya

18.04.2024 - 13:16

Onlar Ukrayna münaqişəsini, Yaxın Şərqdəki vəziyyəti və NATO ölkələrində müdafiə xərclərinin artırılması məsələsini müzakirə ediblər

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nyu-Yorkda Polşa Prezidenti Anjey Duda ilə görüşüb. AYNA xarici mediaya istinadən bildirir ki, tərəflər dörd saat ərzində Ukrayna münaqişəsini, Yaxın Şərqdəki vəziyyəti və NATO ölkələrində müdafiə xərclərinin artırılması məsələsini müzakirə ediblər.

“Keçmiş Prezident Donald Tramp çərşənbə günü Polşa Prezidenti Anjey Duda ilə nahar edib, Ukrayna və Yaxın Şərqdə davam edən müharibələri, həmçinin NATO xərclərini müzakirə ediblər”, -  “Politico” nəşri yazıb.

Qeyd olunub ki, Trampın mətbuat xidməti görüşlə bağlı az məlumat verib, lakin tərəflərin Dudanın müdafiə xərclərini ÜDM-in 3%-nə qədər artırmaq təklifini müzakirə etdikləri bildirilib.

Müəllif: Ayna.az