Tramp məhkəmə qarşısına çıxarılacaq: tarix açıqlandı

Dünya

01.04.2023 - 08:34

ABŞ-ın keçmiş Prezidentinə aprelin 4-də biznes dələduzluğu ittihamı elan ediləcək

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 30-dan çox biznes dələduzluğunda ittiham olunacaq. AYNA xəbər verir ki, bu barədə CNN-ə onun vəkili Co Takopina deyib.

Sabiq ABŞ liderinin 4 aprel çərşənbə axşamı gizli ödənişlərin göndərilməsi ilə bağlı ittihamlarla məhkəmə qarşısına çıxacağı gözlənilir.

Bundan əvvəl Nyu-Yorkun böyük münsiflər heyəti maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə Trampı ittiham etmək üçün səs verib. Manhetten Prokurorluğu sabiq Prezidenti 30-dan çox biznes dələduzluğunda ittiham edir.

Həmçinin martın 10-da məlum olub ki, Tramp 2006-2007-ci illərdə cinsi əlaqədə olduğu pornoqrafik aktrisa Stefani Klifforda pul ödədiyinə görə cinayət məsuliyyətinə cəlb olunacaq. İddia olunur ki, 2016-cı ildə prezidentliyə namizədlik kampaniyasının qızğın vaxtında Trampın vəkili Maykl Koen siyasətçi ilə münasibətlərini açıqlamaması üçün pornoqrafik aktrisaya 130 min dollar ödəyib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə