Tramp mart ayında məhkəmələrə 5 milyard dollar xərcləyib

Dünya

22.04.2024 - 11:48

"Bu, Trampı artan hüquqi xərcləri ödəmək üçün başqa maliyyə mənbələri axtarmağa sövq edir"

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp mart ayında vəkillik xərclərinə 4,9 milyon dollar xərcləyib. Onun vəkillərini maliyyələşdirmək üçün istifadə etdiyi hesablarda 6,8 milyon dollar qalıb. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” Trampın seçki kampaniyasının maliyyə hesabatlarına istinadən yazıb.

Nəşr qeyd edib ki, bu, Tramp üçün maliyyə böhranı deməkdir, çünki məhkəmə xərcləri artmaqdadır.

"Bu, Trampı artan hüquqi xərcləri ödəmək üçün başqa maliyyə mənbələri axtarmağa sövq edir", - nəşr yazıb.

“Bloomberg” xatırladıb ki, Tramp hüquqi ödənişləri donorlardan ianə qəbul edə bilən “Amerikanı xilas et” siyasi fəaliyyət komitəsi vasitəsilə ödəyir.

2023-cü ilin yanvar ayından etibarən “Save America” hüquqi ödənişlərə 62 milyon dollardan çox xərcləyib.

Nəşr xatırladır ki, eyni zamanda, Respublikaçılar Milli Komitəsi Trampın məhkəmə xərclərini ödəməyəcəyini açıqlayıb.

“Bloomberg” əlavə edir: “Keçmiş ABŞ lideri donorlarından daha çox pul toplamağa və ya öz pulundan istifadə etməyə çalışa bilər”.

Müəllif: Ayna.az