Yeni Prezident yanvarın 19-da həmvətənlərinə müraciət etmək niyyətindədir
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimindən bir gün əvvəl Vaşinqtondakı “Capital One Arena”da mitinq keçirəcək. AYNA xəbər verir ki, bu barədə “CBS News” öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, “Washington Wizards” basketbol komandası və “Washington Capitals” xokkey komandasının arenası təxminən 20 min nəfəri qəbul edə bilər.
Orada Tramp yanvarın 19-da həmvətənlərinə müraciət etmək niyyətindədir.
“Amerikanı yenidən möhtəşəm et” adlanan tədbirin yerli vaxtla saat 15:00-da başlaması planlaşdırılır.