Tovuzda ikimərtəbəli evdə yanğın olub

Xəbərlər

03.03.2023 - 23:04

cedabet dərman SEO Xidməti

Evin qalan hissəsi yanğından mühafizə olunub

Tovuzda ikimərtəbəli evdə yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Qovlar şəhərində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin tavanı 30 m² sahədə və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş