Tokayevdən ölkədəki şirkətlərə ÇAĞIRIŞ

Dünya

11.01.2022 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Qazaxıstan Prezidenti şirkətləri xalqa kömək etməyə çağırıb

Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev Parlament Məclisində deputatlar qarşısında çıxışı zamanı biznes nümayəndələrinin, şirkətlərin xalqa kömək etməsinin vaxtının çatdığını deyib.

AYNA xarici mediaya istinadən bildirir ki, parlamentin növbədənkənar iclasında Prezident şirkətlərin Qazaxıstan dövləti və xalqı qarşısında mənəvi borclarını ödəməli olduqlarını bildirib.

“Mən biznes dairələri tərəfindən “Qazaxıstan xalqı” İctimai Fonduna əhəmiyyətli və müntəzəm töhfələr veriləcəyini gözləyirəm. Birinci Prezidentin sayəsində ölkədə çox gəlirli şirkətlər qrupu və hətta beynəlxalq standartlara uyğun imkanlı şəxslər təbəqəsi formalaşıb. Hesab edirəm ki, artıq Qazaxıstan xalqına müntəzəm olaraq kömək etmək etməyin vaxtı çatıb”, - deyə Prezident söyləyib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş