Amerika nümayəndə heyəti Prezidentə Donbassın Ukrayna ordusunun nəzarətində olmasının heç bir mənası olmadığını bildirməyi planlaşdırır
ABŞ Donbass məsələsində güzəştlər üçün Oslo sammitində Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərmək niyyətindədir. AYNA.AZ xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika nümayəndə heyəti Prezidentə Donbassın Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olmasının heç bir mənası olmadığını bildirməyi planlaşdırır.
“Zelenskiyə həmçinin bildiriləcək ki, Ukrayna Rusiyanın şərtləri əsasında tərtib olunsa belə, müqaviləyə etirazlarını geri götürərsə, bundan faydalana bilər”, - deyə qeyd olunub.
Nəşr yazıb ki, bu mesaj Zelenskiyə 20 oktyabrda çatdırılacaq.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynada hökumət dəyişikliyinin zəruriliyinə yenidən işarə edib. O, Kiyev adından "başqasının danışıqlar aparmasının vaxtı çatdığını" bildirib.
Ağ Ev rəhbəri həmçinin bildirib ki, əgər Zelenski onu dinləsəydi, münaqişəni artıq əlverişli şərtlərlə bitirərdi. Siyasətçinin sözlərinə görə, Ukrayna lideri həqiqətən də döyüşlərin bitməsini istəmir.