Təxirə salınan avtobus reysləri bərpa edilib

Xəbərlər

10.01.2023 - 17:08

cedabet dərman SEO Xidməti

Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir

Ötən gün kəskin hava şəraiti ilə əlaqədar təxirə salınan avtobus reysləri bu gün bərpa edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

AYNA tərəfindən qarlı hava şəraiti ilə əlaqədar şəhərlərarası və rayonlararası marşutlar istiqamətində monitorinq aparılıb. Hazırda bütün istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilir.

Regional mərkəzlərə avtonəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verilib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə daşıyıcılar təlimatlandırılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş