İstifadəçilər proqrama qoşulmaqda problem yaşayır
“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
İstifadəçilərin 43%-i proqramdakı, 19%-i serverə qoşulma, digər 38%-i mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətləniblər.
Nasazlıq haqqında şikayətlər daha çox Rusiya, Ukrayna, Polşa, Niderland və digər ölkələrdən olan istifadəçilərdən gəlir.