Tələbələrin cənazəsinin Azərbaycana gətiriləcəyi tarix açıqlanıb

Xəbərlər

15.02.2023 - 13:29

cedabet dərman SEO Xidməti

Həlak olan azərbaycanlı tələbələrin nəşi fevralın 16-da ölkəyə gətiriləcək

Türkiyənin Malatya bölgəsində zəlzələ zamanı həlak olan azərbaycanlı tələbələrin - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.

AYNA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, cənazələrin Azərbaycana gətirilməsi üçün artıq hazırlıqlara başlanılıb.

"Cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub", - XİN sözçüsü vurğulayıb.

Xatırladaq ki, Malatya şəhərindəki İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin meyitləri uzunmüddətli axtarışdan sonra dünən tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş