Ölkədə 7 günlük matəm elan edilib
Tanzaniyanın keçmiş prezidenti Əli Həsən Mvinyi 98 yaşında xərçəng xəstəliyindən vəfat edib.
AYNA xəbər verir ki, bu barədə “Star” qəzeti məlumat yayıb.
Tanzaniyanın hazırkı prezidenti Samiya Suluhu keçmiş dövlət başçısının vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.
Mvinyi 1985-1995-ci illərdə dövlət başçısı olub və bu vəzifədə Tanzaniyanın ilk prezidenti Julius Nyerereni əvəzləyib. Onun oğlu Hüseyn Mvinyi Zənzibarın prezidentidir.