Tanzaniyada fabrikdə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb

Dünya

25.05.2024 - 09:35

Həkimlər Klinikalar SEO Xidməti

Partlayış istilik sistemindəki nasazlığa görə baş verib

Tanzaniyanın şərqində şəkər fabrikində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.

AYNA xəbər verir ki, bu barədə “Xinxua” agentliyi məlumat yayıb.

Moroqoro zavodunda partlayış istilik sistemindəki nasazlıq nəticəsində baş verib. Bundan əvvəl Keniya, Hindistan və Braziliya vətəndaşları da daxil olmaqla zavodun 11 əməkdaşının öldüyü bildirilirdi.

Yanğınsöndürmə və Xilasetmə Xidmətinin sözçüsü Şaban Maruquco “Mwananchi” nəşrinə açıqlayıb ki, dərhal axtarış-xilasetmə əməliyyatı başlayıb və insident araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş