Tank bölmələrində döyüş hazırlığı yoxlanıldı - VİDEO

Xəbərlər

02.03.2023 - 14:58

cedabet dərman SEO Xidməti

Hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər

Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığının yoxlanması üzrə tədbirlər keçirilib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, ümumqoşun poliqonunda keçirilən tədbirlərdə döyüş maşınlarının idarə olunması, eləcə də şərti düşmən hədəflərinin məhv edilməsi üzrə yoxlama və nəzarət çalışmaları uğurla icra edilib.

Döyüş hazırlığının yüksək səviyyədə saxlanması və heyət üzvlərinin fərdi bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlərdə hərbi qulluqçular qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş