Tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

04.06.2022 - 15:52

Həkimlər Klinikalar SEO Xidməti

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub

İyunun 3-ü saat 23 radələrində Quba rayon sakini 1963-cü il təvəllüdlü Eldar Hacıyevin rayonun Çartəpə kəndində öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Quba Rayon Prokurorluğunun AYNA-ya daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1968-ci il təvəllüdlü Kərim Baxışovun yaşadığı evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Eldar Hacıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Kərim Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş