Maska rejimi saxlanılıb
Tailand hakimiyyəti COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyəti daha iki ay uzadıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tailand hökumətinin COVID-19-a Nəzarət və Mübarizə Mərkəzinin rəsmi nümayəndəsi Txavisin Visanuyotin bildirib. Belə ki, fövqəladə vəziyyət rejiminin daha iki ay, iyunun 1-dən iyulun 31-dək uzadılması qərara alınıb.
Bundan əlavə, maska rejimi saxlanılıb. Həmçinin, birillik fasilədən sonra gecə klubları və masaj salonlarının yenidən açılmasına icazə verilib. Bütün bu obyektlər iyunun 1-dən gecə yarısına qədər işləyə biləcək.
Tailandda fövqəladə vəziyyət 2020-ci ilin martında tətbiq edilib və hər iki aydan bir daha iki aylıq müddətə davamlı olaraq uzadılıb.