Şüvəlanda açıq ərazidə yanğın başlayıb

Hadisə

02.10.2022 - 17:05

Yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub

Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Müəllif: Ayna.az