Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələr əksini tapıb
Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb. AYNA xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli deyib.
Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələrin əksini tapdığını bildirən Dövlət Xidmətinin rəisi deyib ki, bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır.