Suriyada 18 terrorçu yaxalanıb

Dünya

05.12.2022 - 08:14

Ələ keçirilən terrorçular arasında İŞİD-in maliyyə məsələlərinə cavabdeh olan üzvü də var

Türkiyə hüquq-mühafizə orqanlarının Suriyanın Cerablus və Bab bölgələrində keçirdiyi əməliyyatlarda 18 terrorçu ələ keçirilib. AYNA xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, hər iki bölgədə təbliğat, üzv və kəşfiyyatçı toplama kimi fəaliyyətlər aparan 13-ü İŞİD, beşi isə PKK/PYD/YPG terror təşkilatının üzvləri olmaqla, 18 nəfər yaxalanıb.

Ələ keçirilən terrorçular arasında İŞİD-in maliyyə məsələlərinə cavabdeh olan üzvü də var. Terrorçuların qaldıqları yerdə aparılan axtarış zamanı çox sayda silah-sursat aşkar olunub.

Müəllif: Ayna.az