Suriya böhranı üzrə Moskva görüşü təxirə salınıb

Dünya

16.03.2023 - 15:44

Rusiya, Türkiyə və İran nümayəndə heyətlərinin Suriya ilə bağlı görüşü başqa tarixdə keçiriləcək

Rusiya başqa bir tarixdə Türkiyə, Suriya və İrandan olan nümayəndələrlə Suriya böhranı üzrə görüş keçirəcək. AYNA xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Qeyd olunub ki, tərəflər martın 15-16-da Suriya nizamlanmasını müzakirə etmək üçün Moskvada görüşməli idilər. Görüş texniki səbəblərə görə təxirə salınıb.

Müəllif: Ayna.az