Sumqayıtda sürücüyə qarşı quldurluq

Hadisə

21.02.2023 - 11:53

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törətməkdə şübhəli bilinənlər saxlanılıb

Sumqayıtda sərnişinlər sürücüyə qarşı quldurluq ediblər. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, fevralın 20-də saat 22 radələrində Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində şəhər sakini M.Hümbətovun idarə etdiyi “Khazar” markalı avtomobildə sərnişin olan 2 nəfərin sürücünü bıçaqla hədələyərək 215 manatını, mobil telefonunu və avtomobilini quldurluq yolu ilə talamaları barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən şəhər sakinləri Ayşət Tağıyev və əvvəllər məhkum olunmuş Ramin Şalbuzov müəyyən olunaraq saxlanılıblar. Şəhər Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş