A PHP Error was encountered

Severity: Notice

Message: Trying to access array offset on value of type bool

Filename: drivers/Cache_file.php

Line Number: 277

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 186
Function: get

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 173
Function: get_cached_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Sumqayıtda iki polis bıçaqlanıb - Ayna.az

Sumqayıtda iki polis bıçaqlanıb

Hadisə

29.12.2021 - 15:34

Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib

Dekabrın 28-i saat 20 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarına xəsarətlər yetirilərək zor tətbiq olunması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt Şəhər Prokurorluğundan AYNA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı sakini Ağa Əzimov qeyd edilən yanacaqdoldurma məntəqəsinin yaxınlığında əməliyyat tapşırığına əsasən həmin vaxt xidməti vəzifələrini icra edən Sumqayıt ŞPİ-nin Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Xəqani Məmmədov və kiçik inspektoru Orxan Baxşəliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağa Əzimov saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ağa Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş