Körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib
Noyabrın 28-də polis əməkdaşları Şirvan Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) küçəyə atılmış, 8 aylığa uyğun qız uşağı gətiriblər. Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.
Körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər. Faktla əlqədar müvafiq qurumlara məlumat verilib.