Bu bölgəyə 35 ildən sonra qar yağıb

Hadisə

13.08.2019 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

 

Avstraliyanın cənub-şərqində 35 ildə ilk dəfə qar yağıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, Avstraliyanın Milli Hidrometeorologiya Bürosunun böyük meteoroloqu Din Stüardın yağış və qarın Cənubi Antarktika siklonundan gəldiyni bildirib.



"Həftə sonu küçələr qarla örtülmüşdü. Bir çox şəhər heç vaxt qar fırtınasını tanımırdı və şəhər xidmətləri sadəcə qarı qarşılamağa hazır deyildi. Buna görə bəzi yollar bağlandı. Xoşbəxtlikdən qar yeni iş həftəsindən əvvəl əridi", - deyə Din Stüard əlavə edib.



Pis hava şəraiti nəticəsində avtomobilinin üzərinə ağac aşan bir qadın ölüb. Avtomobildə olan bir kişi və iki uşağ isə ağır yaralanıb.



Qeyd edək ki, təkcə həftəsonu ərzində Dövlət Təcili Xidmətinin dispetçerləri Viktoriya və Yeni Cənubi Uels ştatlarının sakinlərindən, təxminən 300-ə yaxın zəng qəbul edib. Təcili yardımdan verilən məlumata görə, çağırışların əksəriyyəti təsərrüfat binalarının damlarından və ağaclardan yıxılma faktlarına görə olub.

Müəllif: Ayna.az