Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb

Hadisə

11.02.2024 - 02:21

Mahir Əhmədov üstü bağlanmamış quyuya düşərək ölüb

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidəki üstü bağlanmamış quyuya düşərək ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az