Sumqayıtda 50 yaşlı kişi intihar edib

Hadisə

16.01.2024 - 01:31

Təbib Hətəmov yaşadığı evdə özünü asaraq intihar edib

Sumqayıtda 50 yaşlı kişi intihar edib. AYNA-nın "Report"a istinadən məlumat verir ki, hadisə “Xəzər bağları” yaşayış massivində qeydə alınıb.

1974-cü il təvəllüdlü Təbib Sadayət oğlu Hətəmov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az