Sumqayıtda 5 mərtəbəli binada yanğın olub

Hadisə

21.11.2023 - 17:12

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Sumqayıtda 5 mərtəbəli binada yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 3 p.m elektrik kabeli və 1 ədəd su sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az