Digər yaralını paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər
Şamaxıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki kişi (39 və 31 yaş) ağır xəsarət alaraq, kritik vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına (MRX) çatdırılıb.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ağır kəllə beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər. Hazırda müalicəsi özəl klinikada davam etdirilir.