Sulutəpədə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub

Xəbərlər

13.10.2023 - 00:28

cedabet dərman SEO Xidməti

Həsən Kərimov şübhəli şəxs qismində tutulub

Sulutəpədə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. AYNA xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğunun məlumatında deyilir.

Oktyabrın 12-də saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş