"YouTube"un işində nasazlıq yaranıb

Xəbərlər

17.10.2019 - 05:41

"YouTube" istifadəçiləri videolara baxışlarda problemlərin yaranmasından şikayət edirlər

 

Dünyanın bir sıra ölkələrində "YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

 

AYNA xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən "Downdetector" portalı məlumat yayıb.

 

Nasazlıq Bakı vaxtı ilə saat 03:40 radələrində yaranıb. Xidmətin istifadəçiləri (54%) daha çox videolara baxışlarda problemlərin yaranmasından şikayət edirlər. İstifadəçilərin 44%-i "YouTube" hostinqinin ümumiyyətlə işləmədyini bildirirlər.

 

Xidmətin işində problemlər dünyanın demək olar bütün ölkələrində, o cümlədən Azərbaycanda da müşahidə olunur. Respublikamızda müşahidə edilən problem əsasən videolara baxışda özünü göstərir.

 

Müəllif: Ayna.az