İlham Əliyev Sumqayıtın icra başçısının barəsində sərəncam verdi

Xəbərlər

21.11.2019 - 16:27

Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

 

Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyətinin (SŞİH) başçısı Zakir Fərəcovla bağlı sərəncam imzalayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Müəllif: Ayna.az