“Çin Rusiya ilə təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməyə hazırdır”
“Çin Rusiya ilə iki ölkənin təhlükəsizlik və inkişaf məsələlərində koordinasiyanı gücləndirməyə hazırdır”. AYNA TASS-a istinadən xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van Yi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
“Biz yoldaş Şoyqu və digər rusiyalı həmkarlarımızla hər iki dövlətin başçılarının əldə etdiyi konsensusa əsaslanaraq, hər iki tərəfin təhlükəsizliyi və inkişaf maraqlarına toxunan strateji və ümumi məsələlər üzrə koordinasiyamızı gücləndirmək üçün işləməyə hazırıq”, - deyə bildirib.
Diplomatın sözlərinə görə, strateji təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr mexanizmi iki ölkə üçün mühüm kommunikasiya platformasına çevrilib.
Qeyd edək ki, noyabrın 11-də Şoyqu Çinə işgüzar səfər edib. Səfər zamanı Təhlükəsizlik Şurasının katibi ölkənin ali siyasi rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir. Bundan əlavə, o, “Airshow China 2024” aviaşousunda iştirak edəcək.
Rusiya Təhlükəsizlik Şurasının katibi Vanq Yi ilə görüşdə qeyd edib ki, Rusiya və Çin arasında ikitərəfli münasibətlər dünya siyasətinin və təhlükəsizliyinin sütunlarından biridir.