Son sutkada neçə nəfər peyvəndlənib?

Xəbərlər

19.10.2022 - 18:09

cedabet dərman SEO Xidməti

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 923 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 208, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 388, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 44 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 904 392, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 387 640, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 870 235, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 383 954, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 563 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş