Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 387 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 144, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 938 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 400 619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 483, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 396 849, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 265 032 nəfər təşkil edir.