Şirvanda yol qəzası baş verib, xəsarət alanlar var

Xəbərlər

04.10.2022 - 23:17

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib

Şirvanda H.Əliyev prospektində baş verən yol qəzasında 5 nəfər xəsarət alıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hərəkətdə olan “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1954-cü il təvəllüdlü Vahidov Mirağa Abduləli oğlu, 1960-cı il təvəllüdlü Zeynalova Sevda İbrahim qızı, 1975-ci il təvəllüdlü Abuzərov Elxan Oruc oğlu və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəxsiyyəti məlum olmayan iki nəfər ambulator müalicəyə buraxılıb, digər xəsarət alanlar isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az