Sinqapur-London reysi üzrə hərəkət edən “Airbus 380” Bakıya enib

Xəbərlər

25.12.2022 - 13:12

cedabet dərman SEO Xidməti

Reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər

Təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza enişi edən “Qantas Airways” aviaşirkətinin Sinqapur-London reysinin sərnişinlərinin daşınması üçün aviaşirkətin digər bir layneri - "Airbus 380" Bakıya gəlib.

Aeroportun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, həmin təyyarə ilə sözügedən reysin sərnişinləri bu gün Bakıdan təyinat məntəqəsinə yola düşəcəklər.

Qeyd edək ki, dekabrın 23-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib. Təyyarədə 356 sərnişin olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş