Si Cinpin Avropa turnesinə çıxıb

Dünya

05.05.2024 - 17:13

Çin lideri Avropaya səfəri mayın 10-dək davam edəcək

Çin rəhbəri Si Cinpin Avropaya rəsmi səfər edib.

AYNA xarici mediaya istinadən bildirir ki, Çin liderinin Avropa turnesi mayın 5-dən 10-dək davam edəcək.

Çin lideri Fransa, Serbiya və Macarıstana səfər edəcək. Fransa Prezidenti Emmanuel Makron, Serbiya lideri Aleksandar Vuçiç və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə ikitərəfli görüşlər nəzərdə tutulub.

Müəllif: Ayna.az