Şəmkirdə qadın qətlə yetirilib: əri tutulub

Hadisə

07.12.2022 - 17:19

Ərinin Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Şəmkirdə qadın qətlə yetirilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə Rayon Prokurorluğuna ilkin məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə istintaq davam edir.

Müəllif: Ayna.az