Şəmkirdə minik avtomobili traktorla toqquşub, ölən var

Hadisə

22.06.2024 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Minik avtomobilinin sürücüsü hadisə yerində ölüb

Şəmkirdə minik avtomobili traktorla toqquşub, ölən var. AYNA-nın xəbərinə görə, hadisə ötən gün baş verib.

Belə ki, Alıyev Səxavət Hakim oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Şəmkir rayonu, Qaracəmirli kənd yolunda hərəkətdə olan zaman həmin yolun əks hərəkət zolağında hərəkətdə olan Muradov Şəmşəd Fidayıl oğlunun idarə etdiyi "Belarus" markalı traktorla toqquşub.

Nəticədə S.Alıyev hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ayna.az