Şəmkirdə mağazada 42 yaşlı kişi bıçaqlanıb

Xəbərlər

09.11.2022 - 22:54

cedabet dərman SEO Xidməti

Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir

Şəmkir şəhərinin 5-ci küçəsində fəaliyyət göstərən paltar mağazalarının birində 42 yaşlı kişi bıçaqlanıb.

AYNA-nın "Report"a istinadən məlumatına görə, 1980-ci il təvəllüdlü R.Zeynalov mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı edilib.

Zərərçəkənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş